İdeyadan nəticəyə
Biz sual verməyi, sınamağı və fərqli yollar axtarmağı sevirik. Çünki yaxşı ideya sadəcə gözəl görünməməli, həm də nəyisə dəyişməlidir.
Brend Strategiyası
Hamı kimi görünmək məcburiyyətində deyilsən. Ad, loqo, rənglər bunlar başlanğıcdır. Əsas məsələ insanların səni necə tanıması, nə ilə xatırlaması və niyə məhz səni seçməsidir. Brendinin mövqeyini, xarakterini və kommunikasiya dilini birlikdə formalaşdırırıq.
Rəqəmsal Marketinq
Kontent paylaşmaq işin yalnız bir hissəsidir. Doğru auditoriyanı tapmaq, reklam büdcəsini ağıllı istifadə etmək və nəticələri izləmək də lazımdır. Strategiya, kontent və reklamı bir araya gətiririk ki, rəqəmsal aktivliyin sadəcə görünüşdə qalmasın, biznesinə də fayda versin.
Veb sayt və AI Həlləri
Gözəl görünmək yaxşıdır, işi görmək daha yaxşı. Biz rahat istifadə olunan veb-saytlar, e-commerce platformaları və AI həlləri qururuq ki, biznesin daha az əl işi ilə daha çox iş görə bilsin.
Layihələrimiz
SOS Uşaq Kəndləri Azərbaycan uşaqların ailə mühitində böyüməsini və potensiallarını reallaşdırmasını dəstəkləyir.
Rəqəmsal kommunikasiya strategiyası, sosial media və kreativ kontentlə brendin rəqəmsal görünürlüğünü gücləndirdik.
Texnologiya güclüdür. Doğru kommunikasiya isə onu anlaşılan, etibarlı və yadda qalan edir.
Adeline üçün zərif və premium parfüm brendinin vizual kimliyini formalaşdırdıq. Brendin loqosu, rəng palitrası və ümumi vizual dili əsasında qablaşdırma, alış-veriş çantaları, geyim və digər brend tətbiqlərini hazırladıq.
Khurma üçün brendin premium və zərif xarakterini əks etdirən vizual kimlik üzərində çalışdıq. Loqo, qablaşdırma, hədiyyə qutuları, alış-veriş çantaları və digər brend elementlərini vahid vizual sistemdə formalaşdırdıq.
Brendin rəqəmsal kommunikasiya strategiyasını yenilədik, sosial media və kreativ kontentlə məhsulların təqdimatını daha dinamik və yadda qalan etdik.