Onun potensialını hərəkətə keçirən strategiyalar qurur, dəyər yaradan kreativ həllər hazırlayır və davamlı inkişafı dəstəkləyən texnoloji imkanlar təqdim edirik.
Haqqımızda
Azərbaycanla yanaşı ABŞ, Kanada, Türkiyə və Rusiyada əldə etdiyimiz təcrübə bizə müxtəlif bazarları, auditoriyaları və biznes modellərini dərindən anlamaq imkanı qazandırıb. Bu təcrübəni kreativ düşüncə, innovativ texnologiyalar və nəticəyönümlü yanaşma ilə birləşdirərək brendlərin davamlı inkişafına töhfə veririk.



Dəyərlərimiz
Dəyişən bazarlarda fərqlənmək kifayət deyil. Bizim üçü brendlər dəyər yaratdıqda, auditoriyası ilə həqiqi əlaqə qurduqda və aydın strategiya üzərində inkişaf etdikdə uzunmüddətli uğur qazanır. Məhz buna görə hər layihəyə gələcək perspektivindən yanaşırıq.
- Pixel Pier mode on
- Team building/2022
Niyə Biz?
Eyni Məqsəd, Fərqli Sahələr
İstehsaldan xidmət sektoruna, sosial layihələrdən korporativ brendlərə qədər fərqli sahələrdə topladığımız təcrübə bizə hər biznesin özünəməxsus dilini anlamağa imkan verir.
Bir Komanda Kimi
Ən uğurlu layihələr müştəri və agentlik arasında qurulan güvən üzərində formalaşır. Biz əməkdaşlığı xidmət münasibətindən daha çox ortaq məqsədə doğru qurulan tərəfdaşlıq kimi görürük.
Uğurumuzun Arxasındakı Yanaşma
Uğurlu layihələr yalnız statistika, kampaniya göstəriciləri və ya tamamlanan işlərin sayı ilə ölçülmür. Bizim üçün əsas göstərici yaratdığımız dəyər, qurduğumuz etibarlı tərəfdaşlıqlar və brendlərin inkişaf yolunda qazandığı real nəticələrdir.
Hər əməkdaşlığa uzunmüddətli perspektivdən yanaşır, biznes məqsədlərini dərindən anlayaraq strategiya, kreativlik və texnologiyanı vahid sistemdə birləşdiririk. Əsas prioritetimiz brendlərin bazarda daha güclü mövqe qazanmasına, auditoriyası ilə daha güclü əlaqə qurmasına və davamlı inkişaf etməsinə töhfə verməkdir.
Yerli və beynəlxalq bazarlarda əldə etdiyimiz təcrübə, ixtisaslaşmış peşəkar komandamız və nəticəyönümlü yanaşmamız sayəsində hər layihəyə fərqli baxış bucağı gətirir, ideyaları ölçülə bilən nəticələrə çeviririk.
Open positions
Selected clients
Fəaliyyət Sahələrimiz
Korporativ şirkətlərdən sosial layihələrə, səhiyyədən turizm və xidmət sektoruna qədər müxtəlif sahələr üzrə həyata keçirdiyimiz layihələr təcrübəmizin genişliyini və yanaşmamızın çevikliyini əks etdirir.
Brend Strategiyası və Kommunikasiya
- Brendinq / Rebrendinq strategiyası
- Media kommunikasiya xidmətləri
- BTL və tədbir təşkilatçılığı
Kreativ və Kontent İstehsalı
- Foto, video və məhsul çəkilişləri
- Podkast istehsalı və çəkilişi
- Məhsul dizayn həlləri
Rəqəmsal Marketinq və Performans
- Sosial Media Marketinqi
- SEO / SEM
- Süni İntellekt Marketinqi
- Performans Marketinqi və Ödənişli Reklamlar
Veb və Biznes Həlləri
- Vebsayt hazırlanması
- Mobil tətbiqlərin hazırlanması
- CRM / ERP həlləri
- Data xidmətləri
Vahid Yanaşmamız
Brendləri analiz edir, strategiyalaşdırır və inkişaf etdiririk
Hər layihəyə araşdırma və strategiya ilə başlayır, kreativ və texnoloji həlləri vahid yanaşmada birləşdiririk. Prosesin hər mərhələsində nəticəyə fokuslanaraq brendlərin davamlı inkişafına töhfə veririk.
- Working hard