Biz isə bu missiyanın rəqəmsal kommunikasiyada daha aydın, sistemli və təsirli şəkildə görünməsinə dəstək olduq.
Məqsədimiz
SOS Uşaq Kəndləri Azərbaycan uşaqların və ailələrin rifahını dəstəkləyən sosial yönümlü bir təşkilat olaraq, fəaliyyətini daha sistemli və müasir kommunikasiya ilə auditoriyaya çatdırmağa ehtiyac duyurdu.
Məqsədimiz təşkilatın sosial missiyasını qoruyaraq sosial media strategiyasını gücləndirmək, daha ardıcıl kontent sistemi qurmaq və insanların təşkilatın fəaliyyəti ilə daha yaxından tanış olmasını təmin etmək idi.
Bu istiqamətdə sosial media üçün kreativ kontentlər və vizual həllər hazırladıq, maarifləndirici və emosional hekayələr vasitəsilə təşkilatın fəaliyyətini daha aydın təqdim etdik. Eyni zamanda, brendin kommunikasiya dilini daha vahid şəkildə formalaşdıraraq, auditoriyanın SOS Uşaq Kəndləri ilə daha güclü emosional bağ qurmasına və təşkilatın sosial təsirinin daha geniş auditoriyaya çatdırılmasına çalışdıq.
Fundraising
SOS Uşaq Kəndlərinin sosial layihələrinə daha çox dəstək cəlb edib və insanları bu missiyanın bir parçasına çevirdik.
Bu məqsədlə potensial korporativ tərəfdaşlarla əlaqələr qurduq, şirkətlərə SOS-un fəaliyyət istiqamətləri və dəstək imkanlarını təqdim etdik və onları müxtəlif ianə və sosial təşəbbüslərdə iştiraka cəlb etdik. Paralel olaraq kommunikasiya və PR imkanlarından istifadə edərək təşkilatın fəaliyyətini daha geniş biznes auditoriyasına çatdırdıq və uzunmüddətli tərəfdaşlıqlar üçün zəmin yaratdıq.
Nəticədə
SOS Uşaq Kəndlərinin sosial missiyasına daha çox şirkət və tərəfdaşı cəlb edərək dəstək imkanlarını genişləndirdik.
Qurduğumuz korporativ əlaqələr və apardığımız kommunikasiya nəticəsində şirkətlərin SOS Uşaq Kəndlərinin fəaliyyətinə marağını artırdıq və onları müxtəlif sosial təşəbbüslərə, ianə və tərəfdaşlıq imkanlarına yönləndirdik. Bununla yanaşı, təşkilatın biznes mühitində tanınmasını gücləndirərək daha davamlı əməkdaşlıqlar üçün yeni imkanlar yaratdıq.




