Brendini fərqləndirir önə çıxardır böyüdür və seçilən edirik
Yaxşı ideyalar təsadüfən alınmır. Biz onları strategiya, kreativlik və rəqəmsal həllərlə reallığa çeviririk.
Layihələrimiz
Biz nə edirik
Hamı görünmək istəyir. Biz isə yadda qalmağın tərəfdarıyıq. Strategiyadan kreativliyə, kontentdən rəqəmsal marketinqə qədər brendlərin sadəcə mövcud olması üçün yox, öz yerini tapması üçün işləyirik.
Xidmət İstiqamətlərimiz
Copy-paste edək, yoxsa fərq yaradaq?
Rəqibin nə paylaşırsa, sən də onu paylaşacaqsansa, bəs bu yarışda niyə sən seçiləsən? Gəl, eyni ssenarini təkrarlamayaq.
Scroll-u dayandırmaq üçün səbəb veririk.
İdeyadan çəkilişə, dizayndan videoya qədər brendinin danışmağa dəyən tərəfini göstəririk.
Like-lar, baxışlar yaxşıdır, bəs biznesə nə verdi?
Reklamları və nəticələri analiz edir, büdcəni boşuna xərcləmədən doğru auditoriyaya çatmağa çalışırıq.
İstifadəçinin yolunu itirmədiyi saytlar və biznesin işini asanlaşdıran rəqəmsal həllər hazırlayırıq.
Çox iş, fərqli insanlar, saysız ideyalar və bir az da xaos. Yerli bazardan beynəlxalq layihələrə qədər müxtəlif brendlərlə işləmiş, fərqli sahələrdə özümüzü sınamışıq. Hər layihədən bizə yeni təcrübə, yeni tanışlıqlar, bəzən də “yaxşı ki, etmişik” dediyimiz nəticələr qalıb.
Tamamlanmış Layihə
Müştəri və Tərəfdaş
Peşəkar Təcrübə
Müştərilər danışsın.
Biz özümüz haqqında çox şey deyə bilərik. Amma bizimlə işləyənlərin nə düşündüyü daha maraqlıdır. Birlikdə gördüyümüz işlər, qurduğumuz münasibətlər və layihələrin arxasındakı təcrübə, sözün qısası, özümüzdən yox, bizi tanıyanlardan dinləyək:
Komandamız
Deadlineların sevimli qurbanları
Hamı eyni düşünsəydi, bizə nə ehtiyac qalardı, elə deyil?
Hərəmiz başqa cür düşünürük. Yaxşı ki, də elədir. Yoxsa hamımız eyni fikirdə olsaq, bu qədər ideyanı kim ortaya çıxaracaqdı?




