KHURMA

Khurma üçün brendin premium və zərif xarakterini əks etdirən vizual kimlik üzərində çalışdıq. Loqo, qablaşdırma, hədiyyə qutuları, alış-veriş çantaları və digər brend elementlərini vahid vizual sistemdə formalaşdırdıq.

Khurma Nuts & Delights üçün brendin premium xarakterini və məhsulların keyfiyyət hissini əks etdirən vahid vizual kimlik üzərində işlədik. Loqo, rəng palitrası, qablaşdırma, alış-veriş çantaları, hədiyyə qutuları və digər brend elementlərini vahid vizual sistemdə formalaşdırdıq.

Çağırış

Khurma üçün əsas çağırış məhsulların premium və zərif xarakterini vizual olaraq düzgün ifad edən, eyni zamanda müxtəlif tətbiqlərdə ardıcıl görünən brend sistemi yaratmaq idi. Brendin həm məhsul, həm mağaza, həm də hədiyyə təcrübəsində eyni vizual dili qoruması vacib idi.

Bu istiqamətdə loqo, rənglər, tipoqrafiya və qrafik elementlərdən başlayaraq qablaşdırma və digər fiziki brend tətbiqlərinə qədər bütün elementlərin bir-biri ilə harmoniyada işləməsinə fokuslandıq.

Məqsədimiz

Məqsədimiz Khurma üçün yalnız estetik görünüş deyil, brendin məhsul keyfiyyətini və premium mövqeyini hər bir təmas nöqtəsində hiss etdirən bütöv vizual sistem yaratmaq idi.

Bu məqsədlə brendin əsas vizual elementlərini formalaşdıraraq onları qablaşdırma, alış-veriş çantaları, hədiyyə qutuları, işçi geyimləri, mağaza fasadı və digər tətbiqlərə uyğunlaşdırdıq. Beləliklə, Khurma-nın həm fiziki, həm də vizual mühitdə vahid və tanınan brend təcrübəsi yaratmasına fokuslandıq.

Nəticədə

Hazırladığımız branding sistemi ilə Khurma-nın vizual kimliyini müxtəlif fiziki və kommunikasiya mühitlərinə ardıcıl şəkildə tətbiq etdik. Loqo, rəng palitrası, tipoqrafiya və qrafik elementlərin vahid istifadəsi brendin daha bütöv və fərqləndirici görünüş qazanmasına imkan verdi.

Nəticədə Khurma-nın məhsuldan qablaşdırmaya, mağaza mühitindən hədiyyə təcrübəsinə qədər bütün əsas toxunuş nöqtələrində öz premium xarakterini qoruyan çevik və yadda qalan brend sistemi yarandı.

Next project
SOS Uşaq Kəndləri Azərbaycan uşaqların ailə mühitində böyüməsini və potensiallarını reallaşdırmasını dəstəkləyir.