B2B Group LLC

Texnologiya güclüdür. Doğru kommunikasiya isə onu anlaşılan, etibarlı və yadda qalan edir.

B2B Group-un geniş texnoloji xidmət portfelini biznes auditoriyasına düzgün çatdırmaq əsas çağırışlarımızdan biri idi. Texniki və spesifik mövzuları daha anlaşılan formada təqdim etməklə yanaşı, şirkətin peşəkarlığını, ekspertliyini və fəaliyyət sahələrini rəqəmsal mühitdə daha aydın göstərmək lazım idi.

Məqsədimiz

Bu istiqamətdə şirkətin müxtəlif fəaliyyət sahələrini vahid kommunikasiya xətti altında birləşdirərək, biznes auditoriyasına uyğun və dəyər yaradan kontent yanaşması formalaşdırdıq.

Kontent strategiyasını sosial media platformalarının xüsusiyyətlərinə uyğun qurduq, texniki mövzuları daha anlaşılan və kreativ formatlarda təqdim etdik, şirkətin layihələrini, tərəfdaşlıqlarını və yeniliklərini ön plana çıxardıq. Bununla B2B Group-un rəqəmsal kommunikasiya dilini daha sistemli və ardıcıl hala gətirməyə fokuslandıq.

B2B Group-un texnologiya sahəsindəki ekspertliyi və peşəkar mövqeyi rəqəmsal mühitdə daha aydın şəkildə ön plana çıxdı.

Bu məqsədlə şirkətin rəqəmsal kommunikasiya xəttini sistemləşdirdik və müxtəlif xidmət istiqamətlərini vahid kontent yanaşması altında birləşdirdik. Məqsədimiz yalnız xidmətləri təqdim etmək deyil, B2B Group-un texnologiya sahəsindəki təcrübəsini, tərəfdaşlıqlarını və həyata keçirdiyi həlləri auditoriyaya daha aydın və davamlı şəkildə göstərmək idi.

Nəticədə

Daha sistemli kommunikasiya, daha güclü rəqəmsal mövcudluq yaratdıq .

Hazırladığımız kontent və kommunikasiya yanaşması B2B Group-un texnoloji ekspertliyini daha ardıcıl şəkildə nümayiş etdirməyə və brendin rəqəmsal görünürlüğünü gücləndirməyə imkan verdi. Şirkətin xidmətləri, layihələri və tərəfdaşlıqları üçün daha vahid kommunikasiya xətti formalaşdıraraq, onun biznes auditoriyası ilə daha peşəkar və davamlı əlaqə qurmasına töhfə verdik.

Next project
Rəqəmsal kommunikasiya strategiyası, sosial media və kreativ kontentlə brendin rəqəmsal görünürlüğünü gücləndirdik.